Prezident İlham Əliyev VII Qlobal Bakı forumunun açılış mərasimində iştirak edir

14 Mart 2019 10:47 (UTC+04:00)

Bu gün Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə VII Qlobal Bakı forumu öz işinə başlayır. Movqe.az-ın  xəbərinə görə, Forumun açılış mərasimində Prezident İlham Əliyev, Əfqanıstanın prezidenti Əşrəf Qani, Moldovanın prezidenti İqor Dadon, Albaniyanın prezidenti İlir Meta, Monteneqronun prezidenti Milo Dukanovic, Bolqarıstanın baş naziri Boyko Borisov və digərləri iştirak edirlər.

Qeyd edək ki, forumda dünyanın 70-dən çox ölkəsindən 450-dən çox qonaq iştirak edir. VII Qlobal Bakı forumunun mövzusu "Dünyanın yeni xarici siyasəti" olacaq.

Forumda "Qlobal siyasətin dəyişməsində böyük güclərin rolu", "Davamli inkişaf çağırışları", "Təhlükəsizlik naminə orta şərq əməkdaşlığı", "Müasir qərarlarin qəbul edilməsində elm və mədəniyyətin rolu" və digər mövzularda panel iclasları keçiriləcək. Forumun əsas panel iclasların biri də gənc liderlərin qlobal siyasətdə roluna həsr olunacaq.