Aparıcı Zaur Kamal müğənni Mənzurə Musayevanın geyimini ələ salıb?

14 Mart 2019 18:35 (UTC+04:00)

Movqe.az axşam.az-a istinadən bildirir ki, aparıcı "5/5" proqramına qonaq olan sənətçiyə bunları deyib:

"Sənin, mənim oynayan vaxtımızdır? Diskotekada olmusan? Orada olan şarlara oxşayırsan. Amma yaraşır paltarın. Kirayədir, yoxsa özününküdür?".
Zaurun kobud atmacalarından özünü itirməyən Mənzurə isə aparıcıya "Pisdir paltarım? Bir dəfə də məni tərifləsən nə olar. Hələ kirayə geyinməmişəm. Nəyim var özümündür" cavabını verib.