Bu ərazilərdə gün ərzində işıq olmayacaq

15 Mart 2019 10:23 (UTC+04:00)

Bu gün Qobustan qəsəbəsi, Kötəl kəndi və Ələt bağlarının bəzi ərazilərində elektrik enerjisinin verilməsində qısamüddətli fasilələr yaranacaq.

“Azərişıq” ASC-dən Movqe.az-a verilən məlumata görə, fasilələr Qaradağ ərazisində yerləşən 110/35/6 kV-luq “AEK” və 35/10 kV-luq “Ələt-Bağlar” yarımstansiyalarında aparılan yenidənqurma işləri ilə əlaqədardır.

Yaranmış narahatçılığa görə “Azərişıq” ASC istehlakçılardan üzr istəyir.