ADAU əməkdaşları Qax rayonunda təlim keçiblər

16 Mart 2019 19:31 (UTC+04:00)

15 mart 2019-cu il tarixində Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Qax Damazlıq İpəkçilik Stansiyasında təşkil etdiyi “Tut ipəkqurdunun aqrotexniki qaydalara uyğun bəslənilməsinin təşkili”  mövzusunda təlim Azərbaycan Dövlət Aqrar Universitetinin (ADAU) əczaçılıq və baytar-sanitar ekspertizası kafedrasının dosenti Dursun Adıgözəlova, bitkiçilik və bitki mühafizəsi kafedrasının assistenti, a.e.f.d. Turanə Məmmədova və assistent Gülnar Bağırova, habelə Heyvandarlıq Elmi-Tədqiqat İnstitutunun əməkdaşı Elnur Əhmədov tərəfindən aparılıb.  Qax, Şəki, Zaqatala, Balakən, Ağdam rayonlarından olan kümçülər üçün təşkil olunan təlimdə ipəkqurdunun saxlanılma və yemlənmə şəraiti, bəslənilməsi, zərərverici və xəstəliklərə qarşı qarşı mübarizə tədbirləri və s. ilə bağlı məsələlərə dair təqdimatlar olmuş, müzakirələr aparılmışdır.

                                                                                             

Əlihüseyn Şükürov.