İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı artıb

20 Mart 2019 12:30 (UTC+04:00)

Nazirlər Kabinetinin qərarı ilə “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların siyahısı”na dəyişiklik edilib.

Movqe.az-ın məlumatına görə, müvafiq qərarla siyahıya aşağıdakı məzmunda abzas əlavə edilib:

“Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyi”.

Beləliklə, İqtisadiyyat Nazirliyinin strukturuna daxil olmayan tabeliyindəki qurumların sayı 10-a çatıb.