Qubada avtomobil dərəyə aşıb, xəsarət alanlar var

20 Mart 2019 17:47 (UTC+04:00)

Quba rayonunda avtomobil dərəyə aşıb.

"Report"un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba-Qonaqkənd avtomobil yolunun 38-ci kilometrliyində qeydə alınıb.

Belə ki, KİA markalı, 90 HX 904 dövlət nömrə nişanlı avtomobilin dərəyə aşması nəticəsində Sumqayıt şəhər sakinləri - 1971-ci il təvəllüdlü Məryəm Gülbala qızı Məmmədova və 1965-ci il təvəllüdlü Barat Abbas oğlu Məmmədov müxtəlif bədən xəsarətləri alıb və onlar Quba Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Avtomobildə olan digər 3 sərnişin yüngül xəsarətlər alıb.

Hadisəyə qarlı hava şəraitinin səbəb olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.