Xarici ölkələrdə Novruz şənlikləri davam edir

23 Mart 2019 09:25 (UTC+04:00)

 

Ukraynanın Odessa şəhərində soydaşlarımızın iştirakı ilə təntənəli Novruz şənliyi keçirilib.

Movqe.az xəbər verir ki, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin Odessa Vilayət təşkilatının təşəbbüsü ilə keçirilən Novruz bayramı şənliyində soydaşlarımızla yanaşı, digər türk və İran icmalarının nümayəndələri, Odessanın tanınmış ictimai-siyasi xadimləri iştirak ediblər.

Konqres vilayət təşkilatının sədrinin müavini Namiq Talıbov çıxış edərək bildirib ki, istər xalqımız, istərsə də dövlətimizlə bağlı bütün günlərdə yaddaqalan tədbirlərin hazırlanıb həyata keçirilməsi ənənəyə çevrilib.

Tədbirdə qədim Novruz bayramının dəyərlərindən bəhs olunub, Azərbaycan mətbəxinin ən ləziz nemətləri təqdim edilib.