Gəncədə piyadanı maşın vurub

24 Mart 2019 07:30 (UTC+04:00)
Gəncə şəhərində piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. Movqe.az-ın "Report"un Qərb bürosuna istinadən məlumatına görə, 1971-ci il təvəllüdlü Muradov Hikmət Məhəmmədəli oğlu şəhərin Atatürk prospektində yolu keçərkən onu maşın vurub. Müxtəlif bədən xəsarətləri alan piyada xəstəxanaya yerləşdirilib. Faktla bağlı araşdırma aparılır. Daha əvvəl Sumqayıtda 11 yaşlı uşağı maşın vuraraq öldürüb.