Ərəb koalisiyası husilərin mövqelərini bombalayıb

24 Mart 2019 12:00 (UTC+04:00)
Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi Ərəb koalisiyası Yəmənin paytaxtı Sənada husilərin iki mövqeyinə hava zərbələri endirib. Movqe.az-ın "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bu barədə Al-Arabiya telekanalının "Twitter" səhifəsində deyilir. Məlumatda bildirilir: "Zərbələr husilərin terror əməliyyatlarında pilotsuz uçuş aparatlarının saxlanılması üçün istifadə etdikləri mövqelərə endirilib". Qeyd edilir ki, zərbələr beynəlxalq və humanitar hüquqa uyğundur, və dinc əhalinin müdafiəsi üçün bütün tədbirlə görülüb.