Enən təyyarəni ildırım vurdu?

24 Mart 2019 17:00 (UTC+04:00)
Rusiyada "Pobeda" aviaşirkətinin təyyarəsini ildırım vurub. Movqe.az Trend-ə istinadən bildirir ki, ildırım Kazanda hava qalxmış təyyarənin füzelyajına Soçidə enərkən vurub. Aviaşirkətin nümayəndəsinin verdiyi məlumata görə, hadisədən sonra təyyarə "Vnukovo" hava limanına yollanıb. O qeyd edib ki, müasir dövrdə ildırımın təyyarəni vurmağı təhlükəli bir hadisə deyil, ancaq mütəxəssislər qaydalarla nəzərdə tutulmuş bütün tədbirləri yerinə yetirəcək.