Tarkan 5 milyondan imtina etdi - FOTO

24 Mart 2019 20:00 (UTC+04:00)
Türkiyənin məşhur ulduzu Tarkana reklam təklifi gəlib. Movqe.az qafqazinfo-ya istinadən xəbər verir ki, bu dəfə reklam şirkətləri sənətçinin qızı Liya ilə maraqlanmağa başlayıblar. Məşhur uşaq brendi ifaçının qızının fotosunu markanın loqosu ilə instaqramda paylaşdığı təqdirdə, 5 milyon TL ödəniş edəcəklərini qeyd edib. Qızını ictimaiyyətdən uzaq tutan pop ulduz sözügedən təklifi rədd edib.