Nəsimi rayonunda yanğın baş verib

25 Mart 2019 09:32 (UTC+04:00)

Nəsimi rayonunda yanğın baş verib. Movqe.az-ın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən məlumatına görə, Bakı şəhərinin Nəsimi rayonunda ümumi sahəsi 345 m² olan ikimərtəbəli mansarda tipli evin mansardasının yanar konstruksiyaları 115 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.