Bakıda 45 yaşlı kişi liftdə bıçaqlandı

26 Mart 2019 10:00 (UTC+04:00)

Paytaxt sakini liftdə bıçaqlanıb. Movqe.az ONA-ya istinadən xəbər verir ki, hadisə Binəqədi rayonu, Şövkət Məmmədova küçəsi 2 saylı binada baş verib. 1974-cü il təvəllüdlü Şükürov Habil Abduləli oğlu binanın liftinə daxil olarkən tanışı tərəfindən bıçaqlanıb.

Yaralı xəstəxanaya çatdırılıb. Vəziyyəti orta ağırdır.

Faktla bağlı Binəqədi Rayon Polis İdarəsində araşdırma aparılır.