Mourinyo seçim qarşısında qaldı

27 Mart 2019 14:14 (UTC+04:00)

Manchester United-in sabiq baş məşqçisi Joze Mourinyo Fransada işləyə bilər.

Movqe.az Goal.az-a istinadən xəbər verir ki, portuqaliyalı mütəxəssis Lyon və ya Monaco-nu çalışdıra bilər. Fransa mətbuatı Mourinyonun Monaco-nu seçəcəyini iddia edir. Hazırda Leonardo Jardimin rəhbərlik etdiyi klub 29 oyundan sonra turnir cədvəlində 16-cı yerdədir. Lyon isə 57 xalla üçüncüdür.