Azərbaycanlıların ən çox maraq göstərdiyi Türkiyə klubu hansıdır?

27 Mart 2019 21:14 (UTC+04:00)

Türkiyə Superliqasında cari mövsümün azarkeş sayı açıqlanıb.

Movqe.az-ın Goal.az-a istinadən məlumatına görə, ötən mövsümlə müqayisədə artım olub.

Ötən mövsüm orta hesabla hər oyunu 12 min 821 azarkeş izləyirdisə, cari mövsümdə bu say 14 min 205-ə bərabərdir.

Həmçinin Superliqaya ölkə xaricindən maraq da artıb. Yuto NaqatomonunGalatasaray-a, Şinji Kaqavanın isə Beşiktaş-a keçidindən sonra oyunları tribunadan izləyən yapon azarkeşlərin sayı 1000-ə çatıb. Yaponlar, xüsusən də, Galatasaray "Passoliq Kartı"na böyük maraq göstərirlər. Ən çox "Passoliq Kartı" alanlar Almaniya, Hollandiya və Kipr vətəndaşlarıdır.

Superliqanın XXIII turunda Beşiktaş-la Fenerbahçe arasındakı derbini 500-dən çox xarici vətəndaş izləyib. Fenerbahçe-nın matçlarına ən maraq göstərən əcnəbilər ingilislərdi. Azərbaycan vətəndaşları isə ən çox Galatasaray-ın "Passoliq Kartı"ndan istifadə edirlər. Yəni azərbaycanlılar Türkiyədə əsasən "cim-bom"u dəstəkləmək üçün tribunalardakı yerlərini alırlar.

Ölkə daxilindən isə "Passoliq Kartı"na maraq göstərən gənclərin sayı artıb. 18 yaşa çatmamış 4000 nəfər bu karta yiyələnib. 80 yaşdan yuxarı "Passoliq Kartı" sahiblərinin sayı isə 3000-ə yaxındır.

"Passoliq Kartı"na marağın artması klubların gəlirlərinə də müsbət təsir göstərib. Təsadüfi deyil ki, Superliqa təmsilçilərinin oyun günü qazancları əvvəlki mövsümlə müqayisədə 52 faiz artıb və 400 milyon lirəyə çatıb. Bu baxımdan ən çox qazanc götürən komanda Galatasaray-dır. "Cim-bom"un ev oyunlarına 40 mindən çox fanat gəlir.