“Xalq və əməkdar artistlərdən səviyyəliyəm” - Tolik

28 Mart 2019 21:17 (UTC+04:00)

“Xəzər” TV-də yayımlanan “Hər şey daxil” verilişi zamanı əməkdar artist Nüşabə Ələsgərli və müğənni Afət Fərmanqızı arasında olan qalmaqaldan bəhs edilib.

Axşam.az xəbər verir ki, bu barədə danışan verilişin aparıcısı Tarix Əliyev (Tolik) Afəti müdafiə edərək, Nüşabə Ələsgərliyə cavab verib:

“Nüşabə Afətə deyib ki, mahnının sözlərini dəyiş. Sonra da dedi ki, Afətin ətrafında olanlar mənim səviyyəmdə deyillər. Onun ətrafında olanlardan biri mənəm. Bu gün mənim səviyyəm xalq və əməkdar artistlərdən çoxdur. Onların döyə bilmədiyi qapını  mən döyürəm. Nüşabə, sənin nəyinə lazımdır o mahnını sözlərini necə oxuyub?”

Qeyd edək ki, Nüşabə və Afət arasındakı qalmaqala İmadəddin Nəsiminin “Sığmazam” qəzəlinin hind ritmlərində mahnı şəklində təqdim edilməsi səbəb olub.