"Kişiyə varlı olmaq yaraşır" - Tünzalə

1 Aprel 2019 20:03 (UTC+04:00)

"X maqazin" müğənnilər arasında sorğu apararaq onlardan "Əks cinsin nümayəndəsi olsaydınız, nə edərdiniz" soruşublar. 

Movqe.az Axşam.a-a istinadən ifaçıların cavablarını təqdim edir:

Gülay Zeynallı "Bütün xanımlara həssaslıqla yanaşardım" cavabını verib. 

Tünzalə Ağayeva "Yaxşı ailə başçısı, gözəl qadınla tanış olmaq istərdim. Varlı olmaq istəyərdim. Kişiyə varlı olmaq yaraşır" sözlərini söyləyib. 

Fatimə Fətəliyeva isə "Gözəl xanımları sevərdim, gündə birinə aşiq olardım" deyərək, arzusunu dilə gətirib. 

Lalə Məmmədova isə "Kiminsə sözü ilə evlənməzdim. Sevib evlənərdim. Əlini tutduğum qadın olsaydı, buraxmazdım. Övladlarıma yaxşı ata olardım" deyərək, gileylənib.

Mənzurə Musayeva "Xanım kimi gözələm, özümlə fəxr edirəm. Mənzurə kimi özümü təsdiqləmişəm" cavabını dilə gətirib. 

Xuraman Şuşalı isə "Daha çox uşağım olsun istəyərdim" bildirib.