Turizm Agentliyi xaricdəki nümayəndəliklərinin sayını artırır

3 Aprel 2019 12:49 (UTC+04:00)

Dövlət Turizm Agentliyi daha 4 ölkədə nümayəndəlik açmaq istəyir.

Movqe.az xəbər verir ki, bu barədə Agentliyin mətbuat xidmətinin rəhbəri Kənan Quluzadə məlumat verib.

Onun sözlərinə görə, həmin ölkələrdən 2-si artıq məlumdur. Bunlar Böyük Britaniya və Cənubi Koreyadır.

Bundan başqa, K.Quluzadə qeyd edib ki, təmsil etdiyi qurum Azərbaycanın turizm potensialını təbliğ etmək üçün bu il 20-yə yaxın sərgidə təmsil olunmaq istəyir.