Problemli kreditlərin həlli bankların beynəlxalq kredit reytinq problemini də aradan qaldırır

5 Aprel 2019 11:33 (UTC+04:00)

Problemli kreditlərin həllilə bağlı verilən Prezident fərmanı fonunda kommersiya banklarının bu sahədə yaranmış çətinlikləri də istər-istəməz aradan qaldırılır. Belə ki, həmin addımın atılması ilə bankların kredit portfelində problemli kreditlərin həcmi kəskin şəkildə azalacaq, hətta tamamilə sıfıra da düşə bilər. Bu müstəvidə artıq banklarda bir canlanma müşahidə edilir. Belə ki, onlar sözügedən addımla əlavə vəsaitlər cəlb etmiş olurlar.

Onu da qeyd edək ki, son nəticələrə görə Azərbaycanın bank reytinqi BB- səviyyəsində müəyyən edilib. Hansı ki, həmin səviyyənin yüksəldilməsi vacibdir. Azərbaycan bankları üçün yaranmış bu əlverişli vəziyyətdə gözləmək olarmı ki, bankların beynəlxalq reytinqi qalxsın? Bunun baş verməsi banklara nə kimi üstünlüklər verəcək?

İqtisadi və Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramovun fikrincə, problemli kreditlərin həlli bankların beynəlxalq reytinqinə sözsüz ki, müsbət təsir göstərəcək. Ancaq ekspertə görə, bununla yanaşı, yüksək reytinqə nail olmaq üçün banklar tərəfindən digər problemlərin həlli də  vacibdir: “Sözsüz ki, problemli kreditlərin həlli məsələsi ölkədə fəaliyyət göstərən bir sıra kommersiya banklarının beynəlxalq reytinqinə, onların sağlamlaşdırılmasına mütləq mənada təsir edəcək.

Burada əslində, iki məqam var. Bir məqam ondan ibarətdir ki, beynəlxalq reytinq təşkilatları tərəfindən verilən reytinqlərdə ölkəmizin də reytinqinin yüksəlməsinə nail olmalıyıq. Çünki ölkədə fəaliyyət göstərən şirkət, eləcə də bankların reytinqi dövlətin özünün reytinqindən yüksək ola bilməz. O baxımdan ölkəmizin reytinqinin yüksəlməsi bankların reytinqinin yüksəlməsi baxımından da çox vacibdir. Amma eyni zamanda, Azərbaycanın reytinqinin yüksəlməsinə maneə olan əsas səbəblərdən biri də məhz bank sektoru idi.

Bank sektoru nəticə etibarı ilə ölkənin kredit reytinqinə təsir göstərən əsas faktorlardan biridir. Bu mənada bankların sağlamlaşdırılması nəticə etibarı ilə Azərbaycanın kredit reytinqinə də müsbət təsir göstərəcək. Bu kontekstdə də Azərbaycanın kredit reytinqinin yaxşılaşdırılması vacibdir. Həmin addımın baş verməsi sözsüz ki, banklarımızın beynəlxalq miqyasda kredit reytinqinə də yaxşı mənada təsir göstərəcək. Düzdür, ölkədə elə banklar var ki, onların reytinqi ölkə reytinqilə müqayisədə daha aşağı həddədir. Bu mənada bankların sağlamlaşdırılması imkanları nəticə etibarı ilə onların reytinqinin yenidən yüksəlməsinə şərait yarada bilər”.

Əslində, banklar daha çox müştəri cəlb etmək üçün çalışmalıdırlar ki, daha ucuz vəsait cəlb etsinlər. Bunun üçün də ölkə banklarının beynəlxalq reytinqinin yüksək olması vacibdir. V. Bayramov da vurğuladı ki, bankların reytinqinin yüksəlməsi kommersiya qurumlarına daha ucuz vəsaitləri cəlb etməyə imkan verməsi baxımından vacibdir: “Çünki kredit reytinqinə uyğun olaraq faiz dərəcələri müəyyənləşir. Kredit reytinqi yüksək olan banklar beynəlxalq maliyyə  bazarından daha ucuz vəsaitləri cəlb etmək imkanına malik olurlar. Nəticə etibarı ilə bu da onların cəlb etdiyi vəsaitlərin birbaşa olaraq xərcinə təsir göstərir. Kredit reytinqi yüksəlirsə, xərc azalır və bu da daha ucuz vəsaitləri cəlb etməyə imkan yaradır.  O baxımdan, Azərbaycanda kredit reytinqinin artırılması istiqamətində imkanlar var. Problemli kreditlərin həllilə bağlı verilən fərman da belə bir imkan yaradır. Təbii ki,  beynəlxalq kredit reytinqlərinin qeyd etdiyi digər problemlərin də banklar tərəfindən həll edilməsinə ehtiyac vardır.

Söhbət kooperativ idarəetmənin formalaşması, şəffaflığın artırılması, likvidliyin gücləndirilməsindən gedir. Belədə, banklar problemli kreditlərdən yaxa qurtarmaqla yanaşı, sözügedən istiqamətdə fəaliyyətlərini gücləndirməklə nəticə etibarı ilə özlərinin kredit reytinqinin yüksəlməsinə nail ola bilərlər”.

Rüfət NADİROĞLU