Borcu zamin ödəyibsə kompensasiya kimə veriləcək? - AÇIQLAMA

5 Aprel 2019 15:11 (UTC+04:00)

Baş vermiş devalvasiya nəticəsində müştəri ödəniş etmədiyindən kreditləri zamin ödəyibsə, kompensasiyanın qaytarılması mülki münasibətlər formasında həll edilməlidir.

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının Nəzarətin Metodologiyası və tənzimləmə idarəsinin rəisi Orxan İsmayılov deyib.

Onun sözlərinə görə məsələnin həlli üçün bank, müştəri və zamin arasında razılaşma olmalıdır:

“Zaminlərin ödənişlərinin təmin edilməsi ilə bağlı məhkəmə qərarları olub. Müxtəlif zamanlarda zaminlər borcalanlar əvəzinə kredit ödənişləri yerinə yetiriblər. Burada üç tərəf var - krediti götürən şəxs, krediti ödəyən zamin, bu ödənişlərin həqiqətən də zamin tərəfindən ödənilməsini təsdiq edən sənədləri və buna əmin olmaq üçün bank, Bu məsələnin ən ədalətli yolu ödənişi etmiş zamin və borcalan arsında həll olunmasıdır. Ancaq bu, mülki münasibətdir və bu münasibətlərdə hər hansı bir problem yaranarsa, o zaman bu məsələlərin elə mülki qaydada həll olunması nəzərdə tutulub”. (report)