Qədim Misirdə heyvanları və quşları muimiyalayıblar

6 Aprel 2019 09:15 (UTC+04:00)

 

 

Misirin cənubundakı Soxaq əyalətində Ptolemeylər dövrünə aid (bizim eradan əvvəl IV-I əsrlər) yaxşı vəziyyətdə qalmış divarüstü yazılar və toxunulmamış çoxlu miqdarda heyvanların mumiyaları olan məzarlıq aşkar edilib.

MÖVQE saytı AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Misirin Qədim Abidələr üzrə Nazirliyi məlumat yayıb.

Qədim Abidələr üzrə Misirin Ali Şurasının Baş katibi Mustafa Vəziri açıqlamasında bildirib ki, bu rayonda aşkar edilən tapıntı ən təəcüblü tapıntılardan biridir. Onun sözlərinə görə, iki minilliyin keçməsinə baxmayaraq yaxşı vəziyyətdə qalmış tanrıların həyatını təsvir edən divar üstü yazılar bu günə kimi boyaların parlaqlığını qoruyub saxlayıb.

Mütəxəssislərin fikrincə, tədricən yerin altına çökən çoxlu sayda daxili otaqları olan məzarlıq o dövrün Tutu adlı yüksək səviyyəli məmuruna məxsusdur. Məzarlıqda cəmi iki sarkofaq olub, ikincisinin isə, onun həyat yoldaşına aid oldugu ehtimal edilir.

Mustafa Vəziri həmçinin bildirib ki, arxeoloqlar orada 50-dən çox siçan, pişik və şahin quşu mumiyaları kolleksiyası aşkar ediblər.