Artan iqtisadi imkanlar xarici kreditlərə də tələbi azaldır

10 Aprel 2019 10:10 (UTC+04:00)

Optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində Azərbaycanın "Cənub Qaz Dəhlizi" Qapalı Səhmdar Cəmiyyətinin Asiya İnkişaf Bankının (AİB) birbaşa kreditinə tələbatı olmayıb.

Bunu SOCAR-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi İbrahim Əhmədov deyib. O qeyd edib: "Məlum olduğu kimi, "Cənub Qaz Dəhlizi" QSC AİB ilə iki saziş imzalayıb. Onlardan biri 524,5 milyon dollar məbləğində vəsaitin cəlb edilməsinə zəmanət verir və QSC tərəfindən tam istifadə olunub. Digər saziş – 500 milyon dollarlıq birbaşa kreditə isə optimallaşdırma və layihə xərclərinin azaldılması nəticəsində "Cənub Qaz Dəhlizi" QSC-nin tələbatı olmayıb".

Qeyd edək ki, hazırda dünyada kreditə böyük tələbatlar var. Hətta dünyanın inkişaf etmiş ölkələri belə bir sıra layihələri həyata keçirən zaman beynəlxalq maliyyə strukturlarının vəsaitlərinə ehtiyac duyur. Azərbaycanda isə göründüyü kimi, bunun əksi baş verir. Aparılan səmərəli iqtisadi siyasət və qənaət rejimi nəticəsində xaricdən kredit almağa da ciddi ehtiyac qalmır.

Dünya ölkələrində kreditə böyük tələb olduğu halda Azərbaycanın bundan imtinası ölkəmizin iqtisadi qüdrətinin göstəricisi sayıla bilərmi? Belə vəziyyətdə hökumətin nəzərdə tutduğu kimi xarici borcların daha sürətlə azalması mümkündürmü və bu hal ölkəmizə hansı üstünlüklər qazandırır? 

İqtisadçı alim Əli Əlirzayevin fikrincə, Azərbaycanın xarici kreditdən imtina etməsi ilk növbədə onun iqtisadi qüdrətinin nəticəsidir: “Təbii ki, Azərbaycanın kreditdən imtina etməsi ölkəmizin iqtisadi qüdrətilə bağlıdır. Bu, təbii ki, həmçinin alternativ variantdır. Daxili imkanlarımız, struktur dəyişiklikləri və yaxud müəyyən qənaət rejiminin, yeni innovasiyaların tətbiqi, idarəetmə strukturunun təkmilləşməsi hesabına xərclərimiz azala bilər. Xərclər azaldığı təqdirdə isə əlavə xərclərin yaranması, xaricdən borc alınması, daxili imkanlar hesabına proses öz həllini tapırsa əlavə investisiya cəlbi nəyə lazımdır ki? 

Ümumiyyətlə, iqtisadi inkişafın əsas istiqamət və hədəflərindən biri də daxili imkanlar, mövcud resurslar, alternativ variantlardan istifadə etməklə xərcləri azaltmaqdan ibarətdir. Bu baxımdan da hər zaman çalışmalıyıq ki, əsaslandırdığımız layihələr çox xərc tələb edən olmasın. Həm də xərclərə qənaət etməyin sosial və iqtisadi effekti olsun. Baha texnologiya gətirib cəlb etsək də, ondan gələn gəlir artmırsa, onda həmin bahalı layihələrə sözsüz ki, ehtiyac yoxdur”.

Aydın məsələdir ki, xarici kreditə qənaət edilməsi fonunda Azərbaycanın iqtisadi müstəvidə beynəlxalq reytinqi də yüksəlir. Bu fonda investorlar öz siyasətlərini həyata keçirən zaman Azərbaycana risq amilinin olmadığı və yaxud cüzi olduğu ölkə kimi baxırlar.

Ə. Əlirzayev də qeyd etdi ki, alınan xarici kreditlərə qənaət edilməsi yeni investisiyalar cəlbinə geniş imkanlar açır: “Hər bir ölkədə həyata keçirilən layihələrdə investisiya cəlbinin əsas istiqamətlərindən biri də məhz həmin investisiyaların səmərəliyi məsələsidir. Bu proses həm də onu göstərir ki, ölkə iqtisadiyyatımız xaricdən asılı da deyil. Ona görə də, layihələri öz daxili imklanlarımız hesabına həyata keçirə bilirik.

Azərbaycanın bir sıra hallarda xarici kreditlərə ehtiyacının olmaması, ondan imtina etməsi ölkəmizin nüfuzunun, etdiyi  seçimin doğru addım olduğunun və həyata keçirdiyi iqtisadi islahatların səmərəliliyinin nəticəsidir. Bu hal həmçinin ölkəmizdə qərar qəbulu, bu və ya digər təsərrüfat fəaliyyəti, respublikanın bütövlükdə dünya iqtisadi sistemində rəqabət qabiliyyətinin artımı deməkdir. Bu kimi addımlarla ölkəmizin dünya miqyasında nüfuzu, iqtisadi qüdrəti daha da artır. Həmçinin, bu hal onu da göstərir ki, ölkəmizə vəsait qoymaq sahəsində risq amili aşağı səviyyədədir, bu ölkəyə risq etmədən kapital qoymaq olar. Belə vəziyyət ölkəmizdə həm də dayanıqlı inkişafın olduğunu, aparılan islahatların ciddi səmərə verdiyini göstərir”.

Rüfət NADİROĞLU