Bakıda müəllim şagirdi döyüb

12 Aprel 2019 11:49 (UTC+04:00)

Bakıda 12 yaşlı şagird müəllim tərəfindən döyülüb.

Movqe.az-ın ONA-ya istinadən  məlumatına görə, hadisə paytaxtın Qaradağ rayonu Qobustan qəsəbəsində yerləşən 321 nömrəli məktəbdə qeydə alınıb. Məktəbin müəllimi şagirdi döyüb. Döyülən şagird xəstəxanaya yerləşdirilib.

Səhiyyə Nazirliyindən ONA-ya bildirilib ki, xəsarət alan uşaq təcili tibbi yardım maşını ilə Klinik Tibbi Mərkəzə gətirilib. Ona kəllə beyin travması diaqnozu qoyulub.