Evdən 9 min manatlıq qızıl oğurlandı

12 Aprel 2019 12:28 (UTC+04:00)

Bakıda evdən qızıl oğurlayan şəxs tutulub.
 
Daxili İşlər Nazirliyindən Movqe.az-a verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin 32-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisindəki evlərin birindən 9000 manat dəyərində qızıl-zinət əşyaları oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş H.Musayev saxlanılıb.