Maştağa sakinindən silah-sursat götürülüb

12 Aprel 2019 14:48 (UTC+04:00)

Maştağa sakinindən silah-sursat götürülüb.

Daxili İşlər Nazirliyindən verilən məlumata görə, Sabunçu RPİ 14-cü PB əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Maştağa qəsəbə sakini, əvvəllər məhkum olunmuş E.Dövlətovdan müvafiq sənədləri olmayan “İJ-18 EM” markalı ov tüfəngi, 2 ədəd patron və bir ədəd bıçaq götürülüb.