Əməliyyat etdiyi xəstəni... - Azərbaycanda həkimdən ŞOK HƏRƏKƏT (FOTO)

12 Aprel 2019 20:10 (UTC+04:00)
Azərbaycanda həkim yad cismi xəstənin qarnında unudub. Movqe.az "Report"a istinadən xəbər verir ki, hadisə Bərdə rayonunda qeydə alınıb. Belə ki, ötən ilin sentyabrında Bərdə Rayon Mərkəzi Xəstəxanasının Doğum şöbəsində qeysəriyyə əməliyyatı edilən rayon sakini Günay Əsədli son aylar qarın nahiyəsindəki küt ağrılardan əziyyət çəkib. Bu səbəbdən Bakı şəhərində yerləşən özəl xəstəxanalardan birində müayinədən keçib. Bu zaman qadının daxilində tənzif parçasının qaldığı məlum olub. G.Əsədliyə həmin yad cismin uzun müddət orada qaldığından çürüyərək orqanizminə mənfi təsir göstərdiyi və ona təcili olaraq yenidən əməliyyata olunması tövsiyə edilib.