Sərhədçilər narkotik alverçilərini iş başında YAXALADI

13 Aprel 2019 13:38 (UTC+04:00)
Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədinin etibarlı mühafizəsi istiqamətində həyata keçirilmiş əməliyyat-axtarış və qoşun tədbirləri nəticəsində ölkə ərazisinə narkotik vasitələrin qeyri-qanuni gətirilməsinin qarşısı alınıb.
 
Xidmətdən Movqe.az-a aprelin 11-də  saat 01:25 radələrində Dövlət Sərhəd Xid­mətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xid­məti ərazisində İmişli rayonunun Bəhrəmtəpə qəsəbəsi yaxın­lı­ğındakı sərhəd zastavasının xidməti sahəsində dövlət sərhə­din­dən qaçaq yolla İran İslam Respublikasından Azərbaycan Res­pub­likasına narkotik vasitələri keçirmək istəyən və əraziyə “Mersedes-Benz” mar­kalı avtomobillə gələn 3 nəfər Azərbaycan Respublikasının və­tən­daşı 1978-ci il təvəllüdlü Şirinov Ramil İmamverdi oğlu, 1970-ci il təvəllüdlü Eyvazov İntiqam Eldar oğlu və 1974-cü il təvəllüdlü Abdullayev Qurban Cəmil oğlu şübhəli şəxs qismində saxlanılıb.
 
 
Saxlanılan şəxslərə və nəqliyyat vasitəsinə baxış keçirilərkən ümumi çə­kisi 6 kq 330 qr olan qurudulmuş marixuana və 55 ədəd toxum narkotik vasitə aşkar olunaraq götürülüb.
 
Qeyd olunan fakt üzrə müvafiq əməliyyat-istintaq tədbirləri davam etdirilir, saxlanılan şəxslər barəsində cinayət işi başlanıl­ıb.