Sumqayıtda 22 yaşlı gənc intihar edib

13 Aprel 2019 14:44 (UTC+04:00)
 

Sumqayıt şəhərində 22 yaşlı gənc intihar edib.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, 1997-ci il təvəllüdlü Kənan Eynur oğlu Verdiyev yaşadığı evdə özünü asıb. İntiharın səbəbləri hələlik məlum deyil.

Fakla bağlı araşdırma aparılır.