Nəhəng metro layihəsini alman şirkətləri həyata keçirəcək

3 May 2012 21:42 (UTC+04:00)
İranın metro inşası ilə bağlı nəhəng layihələrini alman şirkətləri həyata keçirəcək.
APA-nın "Fars" xəbər agentliyinə istinadən məlumatına görə, Tehran və Təbriz şəhərləri üçün nəzərdə tutulan metro inşası layihələrinin ümumi büdcəsi 1 mlrd. 50 mln. avro həcmindədir. Layihənin icrasını alman mütəxəssislər öz öhdəsinə götürüb.