"Arxan təbiidi, yoxsa fotoşop?" - Məşhur futbolçudan xanım idmançıya şok sual - FOTO

14 Aprel 2019 14:50 (UTC+04:00)
Qılıncoynatma ilə məşğul olan Antonella Fiordelisi "Instagram"ın ən məşhur simalarından biridi. Movqe.az Fanat.az-a istinadən bildirir ki, 700 mindən artıq izləyicisi olan idmançının fotoları minlərlə "like" alır. Onun paylaşdığı fotolardan birinə 1000-dən artıq şərh gəlib. Şərh yazanlardan biri isə hazırda "Çelsi"də çıxış edən Qonzalo Hiquayn olub. Argentinalı futbolçu xanım idmançıya "Arxan təbiidi, yoxsa fotoşop?" yazıb.