Qaxda 12 yaşlı oğlanı ilan sancıb

14 Aprel 2019 20:00 (UTC+04:00)
Bu gün Qax rayonunun 12 yaşlı sakinini zəhərli ilan sancıb. Movqe.az oxu.az-a istinadən bildirir ki, hadisə rayonun Qapçay kəndi ərazisində baş verib. Kənd sakini, 2007-ci il təvəllüdlü Xəlil Ramiz oğlu Babayev ailəsinə məxsus mal-qaranı axtaran zaman qəfildən yıxılıb. Bu zaman onun sol əlinin baş barmağından ilan sancıb. Xəlil Babayev yaxınlarının köməkliyi ilə Qax Rayon Mərkəzi Xəstəxanasına aparılıb.