"Mehmetcik"dən PKK-ya AĞIR ZƏRBƏ

14 Aprel 2019 15:40 (UTC+04:00)
Türkiyə Hərbi Hava Qüvvələrinin qırıcıları İraqın şimalında yerləşən Zap, Avaşin-Basyan, Hakurk və Qəndil bölgələrindəki PKK düşərgələrini bombalayıb. Movqe.az xəbər verir ki, aviazərbələr nəticəsində terror təşkilatına məxsus silah anbarı və sığınacaqlar məhv edilib. Məlumata görə, Diyarbəkirin Kocaköy rayonu ərazisində keçirilmiş antiterror əməliyyatı zamanı zərərsizləşdirilən Zinarin Berxvedan ləqəbli Hacire Yılmaz və Zilan Tolhildan ləqəbli Suzan Çelikin əşyalarından əhəmiyyətli kəşfiyyat məlumatları əldə olunub. Bu məlumatlar əsasında PKK və KCK terror təşkilatlarının Konya stadionunda terror hazırlandığı aşkar edilib. İstintaq nəticəsində 4 nəfər şübhəli qismində həbs edilib.