Zəngilan Diyarşünaslıq muzeyində Avropa təşkilat sədrləri ilə görüş keçirilib

15 Aprel 2019 11:35 (UTC+04:00)

İşğal olunmuş rayonların tarixi-mədəni irsi və qaçqınların vəziyyəti ilə tanışlıq çərçivəsində Sülh Platformasının rəhbəri Dilara Əfəndiyeva, Humanitar Tədqiqatlar İnstitutunun rəhbəri Əvəz Həsənov, Almaniyadan Müstəqil Sosial Araşdırmalar Mərkəzinin nümayəndəsi Yulia Abibok və Çexiyadan Praqa Krizis Mərkəzinin həmsədri Zamiq Məmmədli Zəngilan rayon Tarix Diyarşünaslıq Muzeyinin kollektivi ilə görüş keçiriblər. Bu barədə diaspor üzrə araşdırmaçı jurnalist Elnur Eltürk məlumat verib. Görüşdə Zəngilan Diyarşünaslıq muzeyinin kollektivi qonaqlara 1993-cü ilin 1 noyabrında Ermənistan tərəfindən işğal edilmiş Zəngilan rayonunun tarixi, mədəniyyəti, qorunub saxlanmış və şəxsi kolleksiyalardan muzeyə hədiyyə edilmiş müxtəlif eksponatlar, eləcə də muzeyin yaranması haqqında maraqlı məlumatlar verilib.