GUAM ölkələri arasında gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokol təsdiq edilib

15 Aprel 2019 17:26 (UTC+04:00)

Prezident İlham Əliyev GUAM üzvü olan dövlətlərin gömrük idarələri arasında GUAM üzvü olan dövlətlərin dövlət sərhədlərindən malların hava nəqliyyatı ilə daşınması ilə bağlı gömrük hüquqpozmalarına qarşı mübarizə sahəsində əməkdaşlıq haqqında Protokolun təsdiq edilməsi barədə fərman imzalayıb.

2018-ci il oktyabrın 5-də Kişinyov şəhərində imzalanmış Protokol qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Gömrük Komitəsi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə Protokolun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə GUAM-ın Katibliyinə bildiriş göndərmək tapşırılıb.