İTV-nin Yayım Şurasına yeni üzvlərin seçilməsi təklif edilir - ADLAR

16 Aprel 2019 11:00 (UTC+04:00)

İctimai Televiziya və Radio Yayımları Şirkəti Yayım Şurasına yeni üzvlərin seçilməsi təklif edilir.

Trend-in məlumatına görə, bununla bağlı məsələ Milli Məclisin aprelin 23-də keçiriləcək növbəti plenar iclasında müzakirəyə çıxarılacaq.

Yayım Şurasına idman federasiyaları tərəfindən Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru Yusif Babanlı və Azərbaycan Qalaqapı Federasiyasının vitse-prezidenti Orxan Muxtarovun, dini konfessiyalar tərəfindən Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini Salman Musayevin, yaradıcılıq təşkilatları tərəfindən isə Azərbaycan Bəstəkarlar İttifaqının katibi Zemfira Qafarovanın və Azərbaycan Bəstəkarlar İttifaqının baş məsləhətçisi Cəmilə Həsənovanın namizədliyi irəli sürülüb.