Bakı metropoliteninə həkim və tibb bacıları tələb olunur

16 Aprel 2019 12:18 (UTC+04:00)

“Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyəti Sağlamlıq mərkəzinə həkim və tibb bacısı vəzifələri üzrə işə qəbul elan edir.

TƏLƏBLƏR:

Təhsil/ təcrübə

- Ali təhsil (həkim-terapevt);

- Orta-ixtisas təhsili (tibb bacısı);

- İdarəedicilik qabiliyyəti, məsuliyyətli yanaşma, komandada işləmə bacarığı;

- Azərbaycan dilini mükəmməl bilmə;

- Kompyuter bilikləri;

Vəzifə öhdəlikləri:

- Metropoliten əməkdaşlarına ilk tibbi yardım göstərməli və maşinistləri reysqabağı tibbi müayinədən keçirməli;

İş rejimi: 09:00-17:00

İddiaçılar “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin rəsmi veb-səhifəsinin “Karyera və əməkdaşlıq” bölməsinə daxil olub “Bizdə iş” yarımbölməsində elektron müraciət formasını doldurmalıdırlar.