Azərbaycanda qızılcaya yoluxma statistikası açıqlandı

16 Aprel 2019 14:50 (UTC+04:00)

“Bu ilun üç ay ərzində 200-dən yuxarı qızılcaya yoluxma halı aşkarlanıb". Bu sözləri Movqe.az-a açıqlamasında Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva deyib. O, bildirib ki, mart ayından başlayaraq fevral ayı ilə müqayisədə xəstəliyə yoluxma 4 dəfəyə qədər azalıb: "Mart ayında 23 hadisə qeydə alınıb. Fevralda isə bu rəqəm 100 olmuşdu. Hal-hazırda da azalma davam etməkdədir”.

Zülfiyyə QULUYEVA