Masallıda “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilib

16 Aprel 2019 17:30 (UTC+04:00)

15-16 aprel 2019-cu il tarixlərdə Masallı rayon Gənclər və İdman İdarəsinin və Təhsil şöbəsinin birgə təşkilatçılığı ilə şəhər 3 nömrəli tam orta məktəbdə Masallı rayon tam orta ümümtəhsil məktəblərinin şagirdləri arasında “Vətənin Müdafiəsinə Hazıram” poliatlon çoxnövçülüyü üzrə rayon birinciliyi keçirilmişdir
Tədbirdə Masallı rayon Gənclər və İdman İdarəsinin rəisi Camal Manafov, çıxış edərək bildirmişdir ki, birinciliyin keçirilməsində məqsəd “Vətənin Müdafiəsinə Hazıram” çoxnövçülüyünü yeniyetmə və gənclər arasında təbliğ etmək, onları hərbi-vətənpərvərlik ruhunda tərbiyə etmək və orduya xidmət etmələri üçün fiziki hazırlıq səviyyələrini yüksəltməkdir.
Tədbirdə Masallı rayon Təhsil şöbəsinin metodisti Əyyar Burhanov çıxış edərək tədbirin keçirilməsi və əhəmiyyəti barədə iştirakçılara məlumat vermiş, komandalara uğurlar arzulamışdır.
Birincilkdə 20 məktəbdən ümumilikdə 100 nəfərə yaxın şagird mübarizə aparmışdır. Poliatlon çoxnövçülüyü proqramı üzrə yarışlar 100 metr məsafəyə qaçış, qumbara atma və turnikdə dartınma növləri üzrə keçirilmişdir.
Yekun nəticələrə əsasən I yerə Ə.Məmmədov adına Öncəqala kənd tam orta məktəbinin komandası , II yerə N.Aslanov adına Miyankü kənd tam orta məktəbin komandası, III yerə isə “Dəfinə” məktəb liseyinin komandası layiq görülmüşdür.
Qalib komandalara Rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomlar verilmişdir.
Əlihüseyn Şükürov.