ADAU-da “Heydər Əliyev və Müstəqil Azərbaycan Gəncliyi” mövzusunda intellektual yarış keçirilib

17 Aprel 2019 18:30 (UTC+04:00)

Azərbaycan Dövlət Aqrar Universitetinin rektoru, AMEA-nın müxbir üzvü, professor İbrahim Cəfərovun əmrininin icrasını təmin etmək məqsədilə Azərbaycan xalqınının Ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümünə həsr olunan “Heydər Əliyev və Müstəqil Azərbaycan Gəncliyi” mövzusunda fakültələrarası intellektual yarış keçirilib.

Yarışda 6 fakültə iştirak edib. Finala Aqronomluq, Aqrobiznes və idarəetmə , Aqrar iqtisadiyyat fakültələrinin tələbələri çıxıb, 3 komanda arasındakı gərgin yarışmada Aqronomluq fakültəsinin komandası yüksək nəticə göstərərək birinci yerə layiq görülüb.

Komandanın kapitanı, Aqronomluq ixtisasının üçüncü kurs tələbələri Nərmin Verdiyeva, Nuridə Həsənova, Abubakar Çerciyev, ekologiya ixtisasının ikinci kurs tələbəsi Əfsəl Qazıyev, Aqronomluq ixtisasının ikinci kurs tələbəsi Orxan Muradzadə və Aqronomluq ixtisasının birinci kurs tələbəsi Orxan Məmmədov səsləndirilən sualları çox dəqiqlklə cavablandırıb.
Əlihüseyn Şükürov.