Vərəmlə Mübarizə üzrə Qlobal Fondun məsləhətçiləri Masallıda

17 Aprel 2019 19:00 (UTC+04:00)

Aprelin 16-da, Masallı Rayon İcra Hakimiyyətində vərəmlə mübarizə üzrə Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Qlobal Fondun məsləhətçiləri ilə işgüzar görüş keçirilib.
RİH başçısı cənab Rafil Hüseynov tərəfindən səmimi qarşılanan nümayəndə heyətinə Masallı səhiyyəsi haqqında məlumat verilib.
Rayonda həyata keçirilən Vərəmlə Mübarizə layihəsi barədə danışılıb. Bildirilib ki, son illərdə Masallıda vərəm haqqında biliklərin səviyyəsini artırmaq məqsədilə əhali arasında maarifləndirmə tədbirləri təşkil edilib. Bundan əlavə, vərəmin əlamətləri, ona yoluxma yolları barədə məlumat, habelə tibbi məsləhətlər və müvafiq müalicə alınmasına dair tövsiyələr verilib.
Qazanılmış uğurlar və qarşıda duran vəzifələr barədə məlumat verilib. 
Diqqətə çatdırılıb ki, həyata keçirilən tədbirləri dəstəkləməkdə məqsəd mövcud maneələrin aradan qaldırılması yolu ilə vərəmin profilaktikası və müalicəsi prosesini sürətləndirməkdir.
ÜST-in beynəlxalq məsləhətçiləri Nikolas Nazidze, Dato Çorqoliani və başqaları vərəmin diaqnostika, müalicə və profilaktikasına müasir yanaşma, ölkə, Masallı rayon Ağciyər Xəstəlikləri Xəstəxanasının işindən, bu sahədəki uğurlarından və bu xəstəliyə yoluxanlar arasında güclü müayinənin və dərman preparatlarının olmasından, xəstəliyə yoluxanlar arasında azalmanın müşahidə olunduğunu diqqətə çatdırıblar.
Gələsək perspektiv əməkdaşlıqdan danışılıb.
Regionda Vərəmlə Mübarizə üzrə həyata keçirilən tədbirlərin bundan sonra da diqqətdə qalacağı bildirilib.
                                                             

Əlihüseyn Şükürov.