Azərbaycanın bütün milli parklarında “Açıq qapı” günü keçiriləcək-VAXT

17 Aprel 2019 11:27 (UTC+04:00)

Ekologiya və Təbii Sərvətlər Nazirliyi aprelin 20-21-də Azərbaycanın bütün milli parklarında “Açıq qapı” günü elan edir. “Açıq qapı” günü aprelin 19-dan 24-dək “Milli parkların marşı” aksiyası ilə əlaqədar keçiriləcək.

Bu barədə Movqe.az-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Nazirlik hər kəsi milli parkların ərazisində yazın yaratdığı özünəməxsus gözəllikləri görməyə dəvət edir.

Qeyd edək ki, ölkəmizdə 10 milli park fəaliyyət göstərir. Bunlar Abşeron, Altıağac, Şirvan, Ağgöl, Hirkan, Göygöl, Şahdağ, Samur-Yalama, Zəngəzur, Qızılağac milli parklarıdır.