Elmar Məmmədyarov Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağac əkib

17 Aprel 2019 16:42 (UTC+04:00)

Xarici işlər naziri Elmar Məmmədyarov Polşaya rəsmi səfəri çərçivəsində Jozef Polinski adına parkda Azərbaycan və Polşanın müstəqilliklərinin 100 illiyi şərəfinə ağacların əkilməsi mərasimində iştirak edib.

XİN-dən Movqe.az-a verilən məlumata görə, sözügedən parkda həmçinin Azərbaycan hökuməti tərəfindən “Müstəqil Azərbaycan və Polşa uğrunda mübarizlərin xatirəsinə” adlı abidə ucaldılıb. 

Bu abidə Azərbaycan Milli Ordusunun Baş Qərargah rəisi olmuş (1918-1920-ci illər), Polyak əsilli general Matsey Sulkeviç və Polşa Respublikası Ordusunun və Milli Ordunun (Armiya Krayova) polkovniki olmuş Azərbaycan əsilli Vəli bəy Yadigarın şərəfinə ucaldılıb.