“ASAN xidmət”in işçilərinin sayı artırılıb

17 Aprel 2019 17:00 (UTC+04:00)

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin işçilərinin say həddi 895 ştat vahidi müəyyən edilib.

Movqe.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev“Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Dövlət Agentliyinin işçilərinin sayı indiyədək 715 nəfər olub.