Səfər Mehdiyev: DGK büdcəyə proqnozdan 52 milyon manat artıq vəsait köçürüb

17 Aprel 2019 17:40 (UTC+04:00)

Bu ilin I rübü ərzində Dövlət Gömrük Komitəsi (DGK) dövlət büdcəsinə 1 milyard 15 milyon manat vəsait köçürüb.

Movqe.az-ın məlumatına görə, bunu jurnalistlərə Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev deyib.

S.Mehdiyev bildirib ki, bu, nəzərdə tutulan plan-proqnozdan 52 milyon manat artıqdır:

"Keçən ilin müvafiq dövrü ilə müqayisədə 287 milyon manat artıq vəsaitin dövlət büdcəsinə köçürülməsi təmin olunub"