Ziya Bünyadov prospektində dəhşətli qəza – ÖLƏN VAR

19 Aprel 2019 10:44 (UTC+04:00)

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Movqe.az xəbər verir ki, Nərimanov rayonu Ziya Bünyadov prospektində “Toyota” markalı, 99 GR 374 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən piyadanı vurub.

Ağır xəsarət alan 63 yaşlı qadın hadisə yerində vəfat edib.