İranda 17 məktəb daşqınlara görə bağlanıb

20 Aprel 2019 17:59 (UTC+04:00)

İranın Xuzistan vilayətinin Şuştər rayonunda 17 məktəb fəaliyyətini dayandırıb.

Trend-in məlumatına görə, rayonun təhsil idarəsinin direktoru Əlirza Müini deyib ki, yollar bağlı olduğundan müəllimlər məktəbə gələ bilmir.

Qeyd edək ki, aprelin əvvəllərindən Şuştər rayonunda daşqınlar təhlükəsi ilə 34 kənd boşaldılıb.