Ərzurum Atatürk Universitetinin professorları ADAU-da

20 Aprel 2019 20:00 (UTC+04:00)

Ərzurum Atatürk Universiteti ilə ADAU arasında elm və tədris sahələrində əlaqələrin daha da möhkəmlənməsi üçün Mövlanə Beynəlxalq proqramı üzrə professor doktor Abdulmecit Albayrak, professor doktor Yasin Bayır və dosent doktor Erol Akpınar Baytarlıq təbabəti və zoomühəndislik fakültəsndə tələbələrə tədqiqat obyekti olan bitkinin botaniki, farmakoqnostiki və farmakoloji aspektlərdə öyrənilməsinə dair mühazirə oxuyub. Bu həm də Ərzurum Atatürk Universiteti ilə ADAU arasında elm və tədris sahələrində əlaqələrin daha da möhkəmlənməsinə isiqamətlənib.

Bildirək ki, hazırda Atatürk Universitetində bir ADAU məzunu magistraturada oxuyur, bir magistrant və 2 bakalavr 6 aylıq tədris proqramını yerinə yetirirlər. Həmçinin Atatürk Universitetinin ADAU-da 2 bakalavrı 6 aylıq tədris proqramını yerinə yetirirlər.

Layihənin ADAU-dan olan icraçıları Biologiya kafedrasının. dosenti Abbas İsmayılov və Əczaçılıq kafedrasının baş müəllimi Nərmin Tağıyevadır.

Əlihüseyn Şükürov