Lənkəranda 41 yaşlı qadın intihara cəhd edib

21 Aprel 2019 14:45 (UTC+04:00)

Lənkəran rayonunun Ürgə kəndində intihara cəhd hadisəsi baş verib.

"Report"un Cənub Mərkəzinin məlumatına görə, 1978-ci il təvəllüdlü Zamanlı Xalidə Zeynal qızı sirkə turşusundan zəhərlənmə diaqnozu ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

O, vəziyyəti ağır olduğundan zəruri tibbi yardımlar göstərilməklə, Reanimasiya şöbəsinə yerləşdirilib. Hazırda vəziyyəti ağır qiymətləndirilir. Yaxınlarının dediyinə görə, X.Zamanlı sirkə turşusunu ailə münaqişəsi zəminində içib.

Faktla bağlı araşdırma aparılır.