Sevgilisindən ayrılmış gənc özünü səfirliyin damından atmaq istədi

21 Aprel 2019 19:30 (UTC+04:00)

Bu gün səhər Venesuelanın Moskvadakı səfirliyi ətrafında dram yaşanıb.

Movqe.az Virtualaz.org-a istinadən xəbər verir ki, 20 yaşlı bir gənc Latın Amerikası ölkəsinin diplomatik nümayəndəliyinin damına çıxaraq, diqqət çəkmək fikrinə düşüb.

Serafim adlı oğlan sevgilisinə zəng edərək, özünü damdan atacağı ilə hədələyib. Hadisə yerinə polis, təcili yardım maşınları və psixoloq gəlib. Bir neçə saatlıq danışıqlardan sonra gənc fikrindən daşınıb və aşağı düşüb.