Azyaşlı Aygün Kazımovanı görüb özünü itirdi - VİDEO

22 Aprel 2019 20:39 (UTC+04:00)

Xalq artisti Aygün Kazımovanın iştirak etdiyi toy məclisində maraqlı anlar yaşanıb.

Movqe.az axşam.az-a istinadən bildirir ki, kiçik pərəstişkar səhnə qarşısına yaxınlaşaraq orada əyləşib və onu seyr etməyə başlayıb.

Azyaşlının Kazımovanı gördükdən sonra özünü itirməsi valideynlərinin narahatlığına səbəb olub. Onlar hətta təcili yardım da çağırmaq istəyiblər.

Müğənni isə öz növbəsində uşağı diqqət mərkəzində saxlayıb. Daha sonra azyaşlı anası ilə kulisə gedərək, Aygünlə görüşüb. Yaşananlar məclis iştirakçılarının marağına səbəb olub.